Emi Karlon: "ABŞ şirkətləri 8 avqust razılaşmalarının potensialının reallaşdırılmasına töhfə verəcək"

2026/02/1770714139.jpg
Oxunub: 332     12:50     10 Fevral 2026    
ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon ölkəsinin 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edərkən deyib.

"Bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karlon   ABŞ  


Bizi "telegram"da izləyin