Rusiyalı politoloq: “Ermənistan Ukraynanın keçdiyi yolla gedir”

2026/02/20827-1770712061.jpg
Oxunub: 412     12:25     10 Fevral 2026    
“Ermənistan Qərblə “flört edərək” Ukraynanın keçdiyi yolla gedir və eyni səhvlərə yol verir”.

Ordu.az xəbər verir ki, bunu MDB Ölkələri İnstitutunun aparıcı elmi işçisi, rusiyalı politoloq, iqtisad elmləri doktoru və beynəlxalq iqtisadi münasibətlər üzrə ekspert Aleksandr Dudçak “Cənubi Qafqaz mühüm logistika marşrutlarının kəsişmə nöqtəsi kimi” mövzusunda “Sputnik Armenia”nın təşkil etdiyi videokonfrans zamanı deyib.

ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana gözlənilən səfəri ilə bağlı suala cavab verən politoloq Azərbaycanın NATO xətti üzrə ABŞ-nin tərəfdaşı olan Türkiyə ilə sıx əlaqələrə malik olduğunu qeyd edib.

“Onların orada öz maraqları var. Ermənistan tərəfdən əldə etdikləri məlumatları ötürəcəklər. Proseslər ABŞ-nin xeyrinə gedir. Bu, “matryoşka diplomatiyası”dır, böyük strategiyanın içərisində daha kiçiklər yer alır. ABŞ-nin maraqları ilə oynayaraq öz faydanı əldə etmək mümkündür. Hələlik onların bəxti xeyli gətirir. Ermənistan isə Qərblə oyunlara girərək Ukraynanın keçdiyi yolla gedir və eyni səhvlərə yol verir. Bu səhvlər nə həyat səviyyəsinin yaxşılaşmasına, nə də dayanıqlı inkişafa gətirib çıxaracaq, ölkəni türklərdən və azərbaycanlılardan asılı əraziyə çevirəcək. Ümid edirəm ki, bu baş verməz”, - deyə ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dudçak  


Bizi "telegram"da izləyin