ABŞ vitse-prezidentinin bəyanatlarının tərcüməsini ABŞ tərəfinin tərcüməçisi həyata keçirib

2026/02/1770655241.jpg
Oxunub: 337     12:22     10 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin vitse-prezidenti Cey Di Vens arasında fevralın 9-da keçirilən birgə bəyanatlar və sual-cavab zamanı Vensin çıxışlarının tərcüməsi ABŞ tərəfinin tərcüməçisi tərəfindən həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə açıqlamanı “Armenpress” agentliyinə Ermənistan Baş nazirinin aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi verib.

“Bildiririk ki, qəbul olunmuş prosedura uyğun olaraq ABŞ vitse-prezidentinin çıxışlarının tərcüməsini ev sahibi tərəfin tərcüməçisi həyata keçirib.

Eyni zamanda, hökumət Ermənistanın Baş naziri və ABŞ vitse-prezidentinin bəyanatlarının, sual-cavabın tərcüməsini və stenoqramını dərc edib”, - deyə idarədən bildirilib.

Vensin bəyanatlarının yayımlanmasından sonra sosial şəbəkələrdə tərcümənin keyfiyyəti ilə bağlı müzakirələr başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Vens  


Bizi "telegram"da izləyin