Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Mən aylar əvvəl “Ermənistana Təklif” proqramının başladıldığını elan etmişəm və əminəm ki, dövlətlər itkilərdən sonra proqramlar, ideyalar, iradə və ölkəyə sadiq, bacarıqlı insanların birləşməsi hesabına bərpa olunur.
Bu müddət ərzində heç kim mənə siyahıda hansısa yeri tutmaq üçün müraciət etməyib. Bu, mənim üçün çox önəmlidir. Mən özüm üçün qərar vermişdim ki, kim belə xahişlə müraciət etsə, dəyərindən və biliyindən asılı olmayaraq, deyəcəyəm: sağ ol, sənə yer yoxdur. İndi mandat davasının vaxtı deyil.
Ən vacib prinsipi bir daha qeyd etmək istəyirəm:
vəzifə vacib deyil, ölkə vacibdir, mandat vacib deyil, işin nəticəsi vacibdir.
Və indi bəyan edirəm.
Mən bilik, prinsipiallıq, iradə, bacarıq və zəhmətkeşliyə malik şəxslər və birliklər üçün imkanlar yaratmağa hazıram.
Bu bəyanatı bir neçə gün əvvəl gənclərlə görüş zamanı rəsmi şəkildə səsləndirmişəm. Demişəm: gələcək sizindir, parlaq təklifləriniz, coşğunuz və heç vaxt sınmayan qətiyyətinizlə ölkənin sahibi sizsiniz. Gəlin, işə başlayın.
Bu gün də eyni sözləri geniş auditoriyaya ünvanlayıram. Əgər çətin əməyə hazır olmağınız, “Ermənistana Təklif” proqramının ideyalarını qəbul etməyiniz və öz təkliflərinizlə, iştirakınızla bu proqramı gücləndirməyə hazır olmağa niyyətiniz varsa, mən birgə işləməyə hazıram”, - deyə Tsarukyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az