Ordu.az xəbər verir ki, bu barədə “Erməni Milli Konqresi” partiyasının baş nazirliyə namizədi Levon Zurabyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan 300 min azərbaycanlının geri qayıtmasını tələb etməyə davam edir, anklavların qaytarılmasını tələb edir.
“Nəticədə bir tərəf sülh gündəminə xidmət etdiyini deməyə davam edir, digər tərəf isə qarşı tərəfə xas olan təzyiqləri davam etdirir”, - deyə o vurğulayıb.
Onun fikrincə, TRIPP (Zəngəzur dəhlizi-red.) ABŞ və İlham Əliyev arasında İsrailin köməyi ilə bağlanmış bir sövdələşmədir.
“Bunun mahiyyəti İranı və Rusiyanı Cənubi Qafqazdan təcrid etmək və Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxışı təmin etməkdir. Biz anlayırıq ki, hakimiyyətə gələn heç bir normal siyasi qüvvə beynəlxalq səviyyədə üzərinə götürülmüş öhdəliklərdən imtina edə bilməz. Lakin hesab edirik ki, bu sənəd geosiyasi baxımdan balanslaşdırılmış deyil və Ermənistanın Azərbaycan asılılığından azadlığını təmin etmir”, - deyə Zurabyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az