Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib

2026/02/1770707274.jpg
Oxunub: 431     10:57     10 Fevral 2026    
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi, səfir Mehmet Samsar və Türkiyənin səfiri Birol Akgün ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin sosial media hesablarında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər və regional proseslər müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin