Ermənistan Baş Prokuroruluğu deputatdan 5 daşınmaz əmlak, 5 nəqliyyat vasitəsi və təxminən 266 milyon dramın müsadirə edilməsini tələb edir

2026/02/1770707169.jpg
Oxunub: 332     11:04     10 Fevral 2026    
Ermənistan Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddia ərizəsini icraata qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Baş Prokurorluğunun Qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsi Ermənistanın xeyrinə parlamentin deputatı İşxan Vaçik oğlu Sağatelyandan və onunla əlaqəli şəxslərdən aşağıdakıların müsadirə edilməsi barədə məhkəməyə vəsatət təqdim edib:

5 daşınmaz əmlak,
5 nəqliyyat vasitəsi,
3 hüquqi şəxsdə iştirak payı,
Qanunsuz pul vəsaitlərinin qalığı kimi 264 milyon 516 min dram,
Şəxsin qanuni gəlirləri ilə əsaslandırılmayan, qanunsuz mənşəli olan, “vicdanlı əldə edən”ə ötürülmüş və ya eyniləşdirilməsi və müsadirəsi mümkün olmayan 2 milyon 914 min dram.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sağatelyan  


Bizi "telegram"da izləyin