Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə istinadən məlumat yayıb.
Qaluzinin sözlərinə görə, “Rosatom” layihənin həyata keçirilməsinə mümkün qədər tez başlamağa hazırdır və bunu edərkən, təbii ki, erməni tərəfdaşlarının istəklərini nəzərə alacaq. Onun qeyd etdiyinə görə, etibarlı və sınaqdan çıxmış texnologiyaların mövcudluğu, həmçinin cəlbedici maliyyə parametrləri, o cümlədən tikinti, sonrakı istismar və mütəxəssislərin hazırlanması baxımından alternativ real variantlar yoxdur.
Qəzet xatırladır ki, fevralın 6-da “Rosatom”un baş direktoru Aleksey Lixaçov Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb. Həmçinin qeyd olunur ki, 2025-ci ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən Dünya Atom Həftəsində iştirak edib.
Alpər Mövludoğlu
Ordu.az