Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İşxanutyun” nəşri yazıb.
Nəşrin əlində olan sənədlərə əsasən, Ermənistan Baş naziri Nikol Paşinyanın qardaşı Armen Vovayi Paşinyan Rusiya Federasiyasının vətəndaşıdır və təkcə bununla da kifayətlənmir.
“Əgər hakimiyyət illər boyu Rusiya ilə əlaqələri şübhə üçün əsas hesab edibsə, indi məntiqi sual yaranır: eyni meyarlar öz siyasi komandası və yaxın çevrəsi üçün də keçərlidirmi? Ermənistan Milli Təhlükəsizlik Xidməti Paşinyanın doğma qardaşını yoxlayıbmı, bəlkə o, KQB agentidir?”, - deyə KİV qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az