Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ABŞ vitse-prezidenti Cey Di Vens ilə birgə bəyanatında deyib.
“Cənab Vensə Cənubi Qafqazda gedən müsbət proseslər, həmçinin bir neçə gün əvvəl Əbu-Dabidə Azərbaycan Prezidenti ilə ölkələrimiz arasında sülhün möhkəmləndirilməsi üçün mümkün yeni addımlara dair aparılan müzakirələrin təfərrüatlarını təqdim etdim. Bu münasibətlə Ermənistanın ABŞ hökumətinin sülh və sülhməramlı missiyasına, o cümlədən əsasnaməsini bu il yanvarın 22-də Davosda keçirilən təntənəli mərasim çərçivəsində imzalamaq şərəfinə nail olduğum Sülh Şurasının fəaliyyətinə dəstək vermək öhdəliyini bir daha təsdiqlədim.
ABŞ vitse-prezidenti ilə birlikdə Vaşinqton Sülh Sammitinin ən mühüm nailiyyətlərindən biri olan “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin, bu il yanvarın 13-də Ermənistanın XİN rəhbəri və ABŞ dövlət katibi tərəfindən imzalanmış TRIPP proqramının icra çərçivəsinə uyğun olaraq ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq.
Təsdiqlədik ki, bu proqram ciddi sülh dividentləri ilə yanaşı, həm də regional və qlobal əhəmiyyət kəsb edəcək, Qərbdən Şərqə maneəsiz kommunikasiyanı inkişaf etdirəcək. Proqramın icrası üzrə hazırlıq işlərindən, eləcə də bu günlərdə start verilmiş texniki-iqtisadi əsaslandırmaların gedişatından məmnunluğumuzu ifadə etdik. Cənab Vens ilə Cənubi Qafqazda sabitliyin və sülhün mühüm təminatı kimi regionun tamamilə blokadadan çıxarılması perspektivlərini də müzakirə etdik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az