Ermənistan Baş naziri: “Bu saziş Ermənistan və ABŞ arasında dərinləşən enerji tərəfdaşlığında yeni səhifə açacaq”

2026/02/1770653916.jpg
Oxunub: 419     20:17     09 Fevral 2026    
“Bir az əvvəl vitse-prezident Vens ilə Ermənistan və Amerika Birləşmiş Ştatları hökumətləri arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa dair saziş üzrə danışıqların başa çatması haqqında birgə bəyanatı imzaladıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ABŞ vitse-prezidenti Cey Di Vens ilə birgə verdiyi bəyanat zamanı qeyd edib.

“Bu saziş Ermənistan və ABŞ arasında dərinləşən enerji tərəfdaşlığı sahəsində yeni səhifə açacaq, Ermənistanın enerji resurslarının şaxələndirilməsinə, təhlükəsiz və innovativ texnologiyaların cəlb edilməsinə töhfə verəcək.

Mən ABŞ-nin nüvə təhlükəsizliyi sahəsində Ermənistana göstərdiyi uzunmüddətli dəstəyə görə minnətdarlığımı bildirdim və hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə sahəvi əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğumuzu ifadə etdim”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin