Ordu.az xəbər verir ki, bu barədə bu gün ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə bəyanat zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bu kontekstdə “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) proqramının imkanlarının inkişafı məqsədilə Ermənistana göstərilən dəstəyi də önəmli hesab etdim. Qarşılıqlı olaraq vurğuladıq ki, Ermənistan və ABŞ münasibətləri bu gün heç vaxt olmadığı qədər möhkəmdir və onları xalqlarımızın maraqları naminə daha da inkişaf etdirməyə hazırıq.
Hörmətli cənab vitse-prezident, sizi, xanımınızı, hörmətli Uşa Vensi və gözəl ailənizi bir daha salamlayıram, sizə Ermənistana xoş gəlmisiniz deyir və Ermənistanla ABŞ arasında möhkəm əlaqələrin daha da inkişaf etdirilməsinə göstərdiyiniz hazırkı dəstəyə və şəxsi töhfənizə görə təşəkkürümü bildirirəm”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az