“Gümrü-Qars dəmir yolunun açılması böyük əhəmiyyət daşıyır” - Paşinyan

2026/02/1770653366.jpg
Oxunub: 450     20:08     09 Fevral 2026    
“Trampın marşrutu” (Zəngəzur dəhlizi-red.) çərçivəsində Ermənistan-Türkiyə normallaşma prosesində aparılan dialoqun məntiqi mərhələyə çatması, o cümlədən Gümrü-Qars dəmir yolunun açılması böyük əhəmiyyət kəsb edir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə bəyanat zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“İkitərəfli münasibətlərdə əldə olunan mühüm nailiyyətləri də birgə qeyd etdik. Xüsusilə süni zəka və innovativ texnologiyalar sahəsində avqustun 8-də Ermənistan və ABŞ arasında yarımkeçiricilər və süni zəka sahəsində imzalanmış memorandum sayəsində “Firebird” şirkəti tərəfindən Ermənistanda süni zəka fabriki və məlumat mərkəzinin tikintisini nəzərdə tutan meqalayihə həyata keçiriləcək. Bu kontekstdə qeyd edilməlidir ki, NVIDIA şirkətinin istehsalı olan yüksək güclü çiplərin növbəti partiyasının Ermənistana ixracına icazələr təsdiqlənib.

Ümid edirəm ki, yüksək texnologiyalar sahəsində Ermənistan və ABŞ arasında formalaşmış sıx və şəffaf əməkdaşlıq Ermənistan və ABŞ-də yerləşən şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına və möhkəmlənməsinə imkan verəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin