Ordu.az xəbər verir ki, bu barədə bu gün ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə bəyanat zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Çoxillik təhlükəsizlik əməkdaşlığımızın davamı olaraq və artıq üç ildir ardıcıl keçirilən “Eagle Partner” birgə təlimləri fonunda Ermənistan ABŞ-dən V-BAT tipli pilotsuz uçuş aparatları əldə edib. Bu aparatların effektivliyi zəngin tətbiq təcrübəsi ilə sübut olunub və onlar müdafiə imkanlarımızın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Ümidvaram ki, ABŞ-nin xarici hərbi satışlar proqramı çərçivəsində həyata keçirilən bu sövdələşmə gələcək əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az