Nikol Paşinyanla Cey Di Vensin təkbətək görüşü geniş tərkibdə davam etdiriləcək

2026/02/1770652136.jpg
Oxunub: 479     19:47     09 Fevral 2026    
Prezident sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin vitse-prezidenti Cey Di Vensin təkbətək görüşü başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdiriləcək.

Ermənistan tərəfindən geniş tərkibli görüşdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan, baş nazirin aparat rəhbəri Arayik Harutyunyan, xarici əlaqələr idarəsinin rəisi Karen Qasparyan, eləcə də baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan iştirak edirlər.

ABŞ tərəfdən vitse-prezidentin aparat rəhbəri Ceykob Rizes, milli təhlükəsizlik üzrə müşavirin müavini Endryu Beyker, ABŞ dövlət katibinin iqtisadi artım, energetika və ətraf mühit məsələləri üzrə müavini Ceykob Helberq, Dövlət Departamentinin baş müşaviri Conatan Askonas, vitse-prezidentin Avropa və Rusiya məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, sülhməramlı missiyalar üzrə baş müşavir və xüsusi elçi Arye Laytstoun, habelə ABŞ-nin Ermənistandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Devid Allen iştirak edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Paşinyan  


Bizi "telegram"da izləyin