Ordu.az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X"dəki hesabında yayılıb.
"Görüş zamanı paytaxtlar arasında əməkdaşlığın genişləndirilməsinin və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyi qeyd olunub, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.
Bundan başqa, tərəflər gələcək qarşılıqlı fəaliyyətin perspektivlərini, habelə Azərbaycan və Qazaxıstanda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərdə iştirakla bağlı məsələləri müzakirə ediblər.
Ordu.az