ABŞ-nin Ermənistandakı səfirliyi Vensin səfəri barədə: İki ölkə arasında tərəfdaşlıq baxımından bu, həqiqətən də dönüş nöqtəsidir

2026/02/1770650630.jpg
Oxunub: 456     19:22     09 Fevral 2026    
“Bu tarixi səfər çərçivəsində ABŞ vitse-prezidenti Cey Di Vensi, ikinci xanım Uşa Vensi və onların ailəsini Ermənistanda salamlamaq bizim üçün şərəfdir”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur: “İki ölkə arasında tərəfdaşlıq baxımından bu, həqiqətən də dönüş nöqtəsidir.

Vitse-prezident Vens Baş nazir Nikol Paşinyan və hökumətin yüksək vəzifəli nümayəndələri ilə görüşür. Məqsəd avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitindən sonra əldə olunan mühüm nailiyyətləri vurğulamaq, TRIPP-in (Zəngəzur dəhlizi-red.) icrasını irəlilətmək və Ermənistan-ABŞ strateji tərəfdaşlığının yeni mərhələsini müəyyənləşdirməkdir”.

Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 9-da həyat yoldaşı Uşa Vens ilə birlikdə rəsmi səfərlə Ermənistana gəlib.

ABŞ nümayəndə heyətinin tərkibinə dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də daxildir. O, Ermənistana çatdıqdan sonra paylaşım edərək yazıb: “Növbəti dayanacaq: İrəvan, Ermənistan”.

ABŞ vitse-prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən görüşdən sonra tərəflər bəyanatlarla çıxış edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin