Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb və görüşdən fotoşəkil paylaşıb.
Paşinyan başqa bir paylaşımında isə qeyd edib: “ABŞ vitse-prezidenti Ceyms Di Vensi İrəvanda salamlayıram”.
Qeyd edək ki, ABŞ vitse-prezidentini “Zvartnots” hava limanında Ermənistan parlamentinin sədri Alen Simonyan, İrəvan şəhərinin meri Tiqran Avinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan qarşılayıblar.
Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 9-da həyat yoldaşı Uşa Vens ilə birlikdə rəsmi səfərlə Ermənistana gəlib.
ABŞ nümayəndə heyətinin tərkibinə dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də daxildir. O, Ermənistana çatdıqdan sonra paylaşım edərək yazıb: “Növbəti dayanacaq: İrəvan, Ermənistan”.
ABŞ vitse-prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən görüşdən sonra tərəflər bəyanatlarla çıxış edəcəklər.
Alpər Mövludoğlu
Ordu.az