Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
ABŞ vitse-prezidentini qarşılayanlar arasında Ermənistan parlamentinin sədri Alen Simonyan, İrəvanın merı Tiqran Avinyan, xarici İşlər nazirinin müavini Vahan Kostanyan və Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan var.
Daha əvvəl Ermənistan KİV-ləri bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens xanımı Uşa Vens ilə birlikdə bu gün rəsmi səfərlə Ermənistana gəlib.
Amerika nümayəndə heyətinin tərkibində ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də yer alır. Sonuncu, Ermənistana gələn kimi paylaşım edərək yazıb: “Növbəti dayanacaq: İrəvan, Ermənistan”.
Bu gün axşam saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-nin vitse-prezidenti ilə görüşü baş tutacaq, bundan sonra tərəflər bəyanatlarla çıxış edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az