Ordu.az-ın məlumatına görə, bu barədə nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq sosial şəbəkələrdə məlumat verib.
O, Ermənistanın paytaxtındakı hava limanından foto paylaşıb: "Növbəti dayanacaq: İrəvan, Ermənistan".
Daha əvvəl məlumat verilmişdi ki, Vens bu axşam Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək və danışıqların yekununda onlar mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.
Ordu.az