Ermənistanın yeni təyin olunmuş polis rəisi sualları cavablandırmaqdan yayınıb

2026/02/1770641846.jpg
Oxunub: 329     16:55     09 Fevral 2026    
Bu gün Ermənistan parlamentinin binasının girişində çoxsaylı polis qüvvələri cəmləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, ərazidə Ermənistan Daxili İşlər Nazirliyinin polis rəisi Kamo Tsutsulyan da olub.

O, sualları cavablandırmaqdan yayınıb və bu cür tədbirlərin səbəbinin nə olduğunu açıqlamayıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin girişində 44 günlük müharibədə itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri toplaşaraq müharibə ilə bağlı istintaq komissiyasının hesabatının onlara təqdim olunmasını tələb ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polis-rəisi  


Bizi "telegram"da izləyin