İtkin düşmüş erməni hərbçilərin yaxını: “Vaxtı bitmiş o qoca Andranik Köçəryan gəlsin, cavab versin”

2026/02/Ekran-1770641699.jpg
Oxunub: 335     16:51     09 Fevral 2026    
İtkin düşmüş erməni hərbi qulluqçuların yaxınları 44 günlük müharibənin halları ilə bağlı yaradılmış istintaq komissiyasının hesabatının dərc olunmasını, arxivləşdirilməməsini tələb edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, onlar artıq təxminən iki saatdır ki, Ermənistan parlamrntindədirlər, lakin hələ də konkret cavab almayıblar.

İtkin düşmüş erməni hərbi qulluqçunun yaxını Arsen Qukasyan jurnalistlərə açıqlamasında bildirib:

“Biz müraciət göndərmişik ki, istintaq komissiyasının yekun rəyi ictimailəşdirilməlidir, çünki bu, ictimai maraq doğuran mövzudur və bu, konstitusiya ilə təsbit olunmuş hüququmuzdur. Müharibədən sonra məhkəmə instansiyalarında biz zərərçəkmişin hüquqi varisi kimi tanınmışıq, yəni ilk növbədə bizim dövlət səviyyəsində cavab almaq hüququmuz var: istintaq komissiyasının rəyinə əsasən kimlər günahkardır, kimlər xəyanət edib, kimlər alçaqlıq göstərib və sair. Dekabrın 25-dən indiyədək heç bir cavab almamışıq, nə zəng edirlər, nə də bizim zənglərimizə cavab verirlər. Bu gün toplaşıb bura gəlmişik ki, cavabımızı eşidək.

Təxminən iki saat gözlətdikdən sonra mənasız və sayğısız cavab verirlər ki, sizə deyəcək heç nə yoxdur, bunların hamısı məxfi məlumatdır. Mən sadə sual verirəm: kimin məxfiliyidir bu, hansı dövlətin məxfiliyidir?

Yəni məsələ bağlandı, bitdi, bizi də yola saldılarmı? Belə şey yoxdur, unudun. Kim istəsə yuxarıdan gəlsin, Məsih on iki həvarisi ilə gəlib mənə desin ki, cavab almaq hüququn yoxdur, mən ona deyəcəyəm ki, var və alacağam. Hansı yolla alacağam, onu da artıq mən bilirəm”, - deyə o bildirib.

Qukasyan bir daha vurğulayıb ki, onlar məhkəmədə zərərçəkmişin hüquqi varisi kimi tanınıblar və övladlarının bu cür aqibətinə görə kimin məsuliyyət daşıdığını bilməyə haqlıdırlar.

“Bu binadan nə iqtidardan, nə də saxta müxalifətdən bir dənə də deputat çıxmadı. Deməli, bu variant hamının işinə yarayırmış? Belə çıxır ki, nə qədər xəyanət edən və onları himayə edən varsa, hamısı buradadır. Haraya getdik, hər yerdə hörmətsizlik gördük.

Valideynlər dedilər ki, vaxtı bitmiş o qoca Andranik Köçəryan gəlsin, cavab versin. Ötən dəfə də eyni məsələ ilə bura yığışmışdıq, o vaxt bizi başdan edərək yola salmışdılar. Bu dəfə biz geri çəkilməyəcəyik, cavablarımızın arxasınca gəlmişik və onu mütləq alacağıq”.

Qeyd edək ki, Ermənistan parlamentində erməni valideynləri heç kim qəbul etməyib və onlar aksiyanı prezident iqamətgahının yaxınlığında davam etdirmək qərarına gəliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin