Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, onlar prezident iqamətgahına getmək və aksiyanı orada davam etdirmək qərarına gəliblər.
Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, 44 günlük müharibədə itkin düşmüş erməni hərbçilərin valideynləri parlamentin qəbul otağının qarşısına toplaşıblar. Onlar bildirirlər ki, hələ 2025-ci ilin dekabrında Ermənistan parlamentinin sədri Alen Simonyana məktub göndəriblər və 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının hesabatı ilə tanış olmaq istədiklərini qeyd ediblər. İki ay keçməsinə baxmayaraq, Ermənistan parlamentinin sədrindən hələ də heç bir cavab almayıblar.
“İndi gəlib anlamaq istəyirik ki, Alen Simonyan niyə məktubumuza cavab vermir. O hesabatın nəticələrini bizə verəcəklər, ya yox? Biz bilməliyik ki, yaxınlarımız hansı şəraitdə itkin düşüb, hansı şəraitdə ölüblər”, - deyə erməni aksiya iştirakçılarından biri bildirib.
Alpər Mövludoğlu
Ordu.az