Ordu.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Polis Xidməti məlumat yayıb.
Məlumata görə, müxtəlif şəxslərin şəxsi və maliyyə problemlərinə müdaxilə edərək “cinayət aləminin ən yüksək statusuna malik” şəxslərə müraciət ediblər, həmçinin cinayət submədəniyyəti daşıyan qruplaşmaların yığıncaqlarında və fəaliyyətində iştirak ediblər.
Cinayət işi başlanıb. Cinayətkar dəstənin üzvlərinə qətlin hazırlanması, qətl cəhdi, cinayət submədəniyyəti daşıyan qruplaşmada iştirak, qanunsuz silah-sursat saxlama, xuliqanlıq, quldurluq, oğurluq, əmlakın məhv edilməsi və ya zədələnməsi, narkotik vasitələrin satışı maddələri üzrə ittihamlar irəli sürülüb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri aşkar edilərək saxlanılıb.
Ermənistan İstintaq Komitəsinin əməkdaşları ilə birgə həyata keçirilən genişmiqyaslı axtarışlar zamanı onların yaşayış yerlərindən qanunsuz silah-sursat və narkotik vasitələr aşkar edilib.
Cinayətkar dəstənin 10 üzvü barəsində ictimai cinayət təqibi başlanıb. İlkin istintaq davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az