"Azərbaycan-ABŞ strateji tərəfdaşlığı iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır" - Nazir

2026/02/hatbu-1770635268.jpg
Oxunub: 367     14:43     09 Fevral 2026    
Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanlar yaradır.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi biznes missiyası ilə dəyirmi masada ölkəmizdə makroiqtisadi sabitlik və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğuladıq.

Azərbaycan və ABŞ-nin biznes nümayəndələrinin birgə fəaliyyətinin təşviqi, enerji, nəqliyyat, investisiya, ticarət, sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti addımları və potensial layihələri nəzərdən keçirdik”, - paylaşımda qeyd edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin