Ermənistan müdafiə naziri sərhəddə son 3 il ərzində görülmüş istehkam işlərini təqdim edəcək

2026/01/1768308735.jpg
Oxunub: 626     14:32     09 Fevral 2026    
Ermənistan müdafiə naziri Suren Paikyan sərhəddə son 3 il ərzində görülmüş istehkam işlərini təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Papikyan “Facebook” səhifəsində paylaşım edərək bildirib ki, sabah saat 19:00-da son 3 il ərzində həyata keçirilmiş istehkam və mühəndislik xarakterli genişmiqyaslı işlərin bir hissəsi ictimaiyyətə təqdim olunacaq.

O qeyd edib ki, təqdimatın ikinci hissəsi çərşənbə günü səhər saatlarında yayımlanacaq. Paylaşımda mövzu ilə bağlı video da dərc olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ermənistan  


Bizi "telegram"da izləyin