Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
“Ötən il ABŞ ilə təxminən 50 milyon dollar həcmində ixracımız olub və təbii ki, orada elə məhsullar var ki, rüsum 10 faizdən 25 faizə qalxarsa, onların rəqabət qabiliyyəti ciddi şəkildə azalacaq. Amma mən bu barədə yalnız mətbuatdan xəbər tutmuşam, İqtisadiyyat Nazirliyi ABŞ tərəfindən hələ heç bir rəsmi məlumat almayıb. İkincisi, icranın necə olacağını görəcəyik, təbii ki, tərəfdaş ölkələrlə müzakirələr aparılacaq. Venslə bütün məsələlər müzakirə olunacaq. Mən sizi əmin edirəm ki, gündəmdə daha vacib və daha maraqlı mövzular var. Bu da önəmlidir, amma daha vacib məsələlər mövcuddur”, - deyə erməni nazir bildirib.
Qeyd edək ki, ABŞ prezidenti İran tərəfi ilə Omanda aparılan danışıqlardan sonra fevralın 7-də fərman imzalayıb və bu fərmana əsasən İranla bizneslə məşğul olan ölkələr üçün əlavə gömrük rüsumları tətbiq edilib.
İran Ermənistanın dördüncü ən böyük ticarət tərəfdaşıdır.
Alpər Mövludoğlu
Ordu.az