Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan ABŞ prezidentinin İranla ticarət edən ölkələrə yüksək gömrük rüsumları tətbiq edəcəyi barədə bəyanatına münasibət bildirərkən deyib.
“Görünür, indiki hakimiyyət bu məsələdə uğur əldə etməyib. Çünki əgər Ermənistan İranla sərhədi bağlasa və ya İrana qarşı sanksiyalara qoşulsa, biz çox ciddi, mövcudluq səviyyəsində problemlərlə üzləşəcəyik. Ona görə də “ya-ya da” sualının ortaya çıxmasına imkan verməməlidirlər.
Biz hələ 2021-ci ilin mayından, Nikol Paşinyan “Qarabağda ruslar olsun, Zod- Xəzinəvar hissəsində isə başqa ölkənin sülhməramlı qüvvələri olsun” dediyi vaxtdan bildirirdik ki, Ermənistanı titanların toqquşma meydanına çevirmək olmaz. Belə addım atanda, sabah “ya-ya da” sualı ortaya çıxacaq və onların balanslaşdırılmış siyasəti çox ağır nəticələrə gətirib çıxara bilər”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az