Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.
Xaçatryan xatırladıb ki, “Metsamor” AES-in istismar müddəti artıq 20 il uzadılıb və müəyyən bir mərhələdə bağlanmalıdır.
“Ermənistan atom elektrik stansiyası olmadan yaşaya bilməz, çünki AES Ermənistanı geosiyasi müstəviyə çıxarır. Atom enerjisi olan ölkələrin bir qədər fərqli statusu var, bu, seçilmişlər klubuna aid olmaq məsələsidir. Amma başa düşməliyik ki, atom stansiyası təkcə enerji mənbəyi deyil, bu, siyasi razılaşmaların nəticəsidir. Bu gün buna söz verirəm, sabah başqasına söz verirəm, fransızlarla danışıram, amerikalılarla danışıram, ruslarla danışıram... Əlbəttə, danışıqlar aparmaq lazımdır, amma təhlükəsizliyi qorumaq şərti ilə siyasi istiqamət burada daha vacibdir”, - deyə o bildirib.
ABŞ-nin Zəngəzurun faydalı qazıntılarına və uran yatağına marağı ilə bağlı məlumatlara, eləcə də Vensin səfəri çərçivəsində bu məsələlərin də müzakirə olunacağına toxunan erməni müxalifət deputatı deyib: “Bu mətni oxumaq üçün ekspert olmağa ehtiyac yoxdur. Yanvarın 14-dəki sənəddə açıq şəkildə yazılıb ki, ABŞ-nin marağı minerallardır, yəni faydalı qazıntılar və nadir torpaq metallarıdır. Amerikalılar Zəngəzurun mineral resursları ilə maraqlandıqlarını gizlətmirlər”.
Alpər Mövludoğlu
Ordu.az