İtkin düşmüş erməni hərbçilərin valideynləri Ermənistan parlamentinin qarşısında aksiya keçirirlər

2019/02/14973-1550298966.jpg
Oxunub: 310     14:18     09 Fevral 2026    
44 günlük müharibədə itkin düşmüş erməni hərbçilərin valideynləri hazırda Ermənistan parlamentinin qəbul şöbəsinin qarşısındadırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar bildirirlər ki, hələ 2025-ci ilin dekabrında Ermənistan parlamentinin sədri Alen Simonyana məktub göndərərək, 44 günlük müharibə məsələsi üzrə istintaq komissiyasının hesabatı ilə tanış olmaq istədiklərini qeyd ediblər. Artıq 2 ay keçməsinə baxmayaraq, Ermənistan parlamentinin sədrindən hələ də heç bir cavab almayıblar.

“İndi gəlib başa düşmək istəyirik ki, Alen Simonyan niyə bizim məktubumuza cavab vermir. O hesabatın nəticələrini bizə verəcək, ya yox? Biz bilməliyik ki, yaxınlarımız hansı şəraitdə itkin düşüblər, hansı şəraitdə ölüblər”, - deyə erməni valideynlərdən biri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin