İlham Əliyev ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərin tarixində ilk nümunə adlandırıb

2026/02/1770631316.jpg
Oxunub: 309     13:30     09 Fevral 2026    
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti ilə son 6 ayda bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərin tarixində ilk nümunə adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin