Ordu.az xəbər verir ki, bu məlumatı Baqrataşen kəndinin inzibati rəhbəri Sarkis Antonyan təsdiqləyib.
Antonyan bildirib ki, David hadisədən cəmi iki gün əvvəl evdə olub.
“David “Vətənin müdafiəçisi” proqramı ilə xidmət edirdi. Xidməti başa vurmasına bir ildən artıq vaxt qalırdı. Çox sakit, tərbiyəli uşaq idi, hətta utanaraq salam verirdi. Ondan heç vaxt pis bir şey görməmişik, eşitməmişik. Komandanlıq da onun çox yaxşı hərbi qulluqçu olduğunu deyir. Bunun niyə belə baş verdiyini anlaya bilmirik. Hadisədən iki-üç gün əvvəl evdə idi, sonra yenidən mövqelərə qayıtmışdı. Valideynləri ilə danışa bilmədim, atasını gördüm, amma çox ağır vəziyyətdə idi, bir söz belə deyə bilmədi”, - deyə o vurğulayıb.
Antonyan qeyd edib ki, David kənddə valideynləri, nənəsi və kiçik bacısı ilə yaşayırdı. Atası taksi sürücüsüdür, anası isə tort hazırlayıb satmaqla məşğuldur.
Xatırladaq ki, fevralın 7-də Ermənistan Müdafiə Nazirliyi “N” saylı hərbi hissənin müqaviləli hərbi qulluqçusu David Armeni Manukyanın meyitinin tapılması barədə məlumat yayıb. Hadisənin bütün hallarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır.
Ermənistan İstintaq Komitəsi daha sonra bildirib ki, hərbi qulluqçunun ölümü faktı üzrə cinayət işi başlanıb.
Alpər Mövludoğlu
Ordu.az