Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeşil Iğdır Gazetesi” nəşri məlumat yayıb.
İğdır vilayətinin rəhbəri Fırat Taşolar Əlican sərhəd-keçid məntəqəsində aparılan yenidənqurma və modernləşdirmə işləri ilə şəxsən tanış olub. Səfər zamanı o, işlərin mövcud mərhələsi barədə ətraflı məlumat alıb.
Vilayət rəhbəri bildirib ki, prosesin qısa müddətdə başa çatdırılması gözlənilir. Onun sözlərinə görə, işlər intensiv şəkildə davam edir və sərhəd-keçid məntəqəsinin hazırlanmasının yaxın vaxtlarda tamamlanması planlaşdırılır.
Məlumatda vurğulanır ki, obyektdə sərhəd-keçid məntəqəsinin müasir tələblərə uyğunlaşdırılmasına yönəlmiş infrastruktur və texniki işlər davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az