"Bu mərkəz milli təhlükəsizlik və iqtisadi dayanıqlılıq üçün strateji əhəmiyyət daşıyır" - İsrail səfiri

2026/02/Ekran-1770620854.jpg
Oxunub: 413     11:02     09 Fevral 2026    
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təkcə bir təlim müəssisəsi deyil, eyni zamanda vizyonun, insanlara sərmayənin və bilik gücünə inamın rəmzidir.

Ordu.az xəbər verir ki, bu fikirləri bu gün İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışında deyib.

Səfir vurğulayıb ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi çox xüsusi bir məna daşıyır:

“Azərbaycan və İsrail arasında birgə layihə olan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi kibertəhlükəsizliyin artıq sadəcə texniki bir sahə olmadığını, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və texnoloji inkişaf üçün strateji sütun olduğunu göstərən ortaq anlayışı əks etdirir. Mərkəzin nailiyyətləri öz sözünü deyir”.

Səfir vurğulayıb ki, yüzlərlə mütəxəssisin hazırlanması və onların dövlət və özəl sektorun əsas mövqelərinə yerləşdirilməsi əlamətdar bir uğurdur.

“Bu, Azərbaycanın təkcə infrastruktur deyil, həm də ən yüksək səviyyədə insan kapitalı formalaşdırdığını göstərir”,- deyə R.Kraus əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Azərbaycan  


Bizi "telegram"da izləyin