Ordu.az xəbər verir ki, Ermənistanın “APRI Armenia” analitik mərkəzinin aparıcı elmi işçisi, erməni tarix elmləri namizədi Beniamin Poğosyan deyib.
Onun sözlərinə görə, azərbaycanlı ekspertlər deyirlər ki, TRIPP (Zəngəzur dəhlizi-red.) sənədi onları qismən qane edib.
“Onlar bildirirlər ki, azərbaycanlıların erməni üzü görməməsi ilə bağlı tələbləri bəli, Ermənistan hakimiyyəti tərəfindən təmin olunub. Lakin Azərbaycanın ikinci və ən əsas tələbi ondan ibarət olub ki, Ermənistan sadəcə olaraq həmin ərazidən kimlərin və hansı yüklərin keçəcəyi barədə məlumatlandırılsın, amma nəzarət etmək və qərar qəbul etmək imkanı olmasın. Halbuki TRIPP sənədində qeyd olunur ki, bek-ofis, yəni Ermənistan hakimiyyəti qərar qəbul etmək üçün tam səlahiyyətə malikdir”, - deyə Poğosyan qeyd edib.
Poğosyan bildirib ki, bu, Azərbaycanı qane etmir və onlar narazıdırlar.
“Onların ümidi isə onadır ki, sənəd hüquqi qüvvəyə malik deyil. Hesab edirəm ki, məsələni həll etmək üçün hüquqi qüvvəsi olan müqavilələr imzalanmalıdır. Onların təsəvvürünə görə, hazırda onlar 100 faiz maneəsiz keçid əldə etməyiblər və bildirirlər ki, bunun hüquqi sənədlərdə təsbit olunması üçün hər şeyi edəcəklər”, - deyə Poğosyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan cəngəlliklər dünyasında yaşadığı müddətdə əsas aslanı qəzəbləndirməmək üçün hər şeyi etməlidir.
“Əgər ABŞ desə ki, Ermənistanda arzuolunmaz şəxs hesab edilən hər hansı bir azərbaycanlı Zəngəzurdan keçərək Naxçıvana getməlidir, Ermənistan nümayəndələri limuzinlə gedəcək, onu qarşılayacaq, gətirəcək və rahat şəkildə keçirəcəklər. Bu vəziyyət yalnız bir halda dəyişə bilər ki, ruslar və amerikalılar razılaşsınlar və TRIPP-də rusların da rolu olsun, bu məsələdə söz sahibi Rusiya olsun. Bu halda da eyni siqnal Rusiyadan gələ bilər. Təəssüf ki, biz kiçik və zəiflədilmiş bir dövlətik və bizim vəziyyətimizdə hüququn gücü deyil, gücün hüququ işləyir”, - deyə Poğosyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az