Ordu.az xəbər verir ki, bunu erməni türkşünas, tarix elmləri doktoru, professor Ruben Melkonyan deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə TRIPP-in coğrafiyası eynidir, çünki eyni ərazidə yerləşirlər.
“TRIPP vasitəsilə azərbaycanlılar maneəsiz keçəcəklər, bu da onların istədiyi şeydir, türk dünyası ilə əlaqə yaradacaqlar. Bu, Zəngəzur dəhlizi ilə nəzərdə tutulan məqsəddir. Ermənistan-İran sərhədi məsələsi hələ də qeyri-müəyyəndir və Trampı maraqlandıran da məhz budur. Dünya üçün əhəmiyyətli olan hissə də elə buradır. Ona görə də bütün bunları anlamamaq, Trampın Tsaxkadzorla və ya Aparanla deyil, məhz Zəngəzurun Ermənistan-İran sərhədi hissəsi ilə maraqlandığını başa düşməmək mümkün deyil. Üstəlik, o qədər maraqlıdır ki, deyir: “Mənim adımla adlandırın”, - deyə Melkonyan bildirib.
O, həmçinin Ermənistan hakimiyyətinə sual ünvanlayıb.
“Böyük, miskin olmayan diplomatiyanız haradadır, nə Laçın yolu var, nə də Kəlbəcər yolu. Nəyi nəyin müqabilində verirsiniz? Siz öz xalqınız üçün nə etmisiniz? İlham Əliyev öz xalqı üçün bütün şəraiti yaradıb, bəs siz öz xalqınız üçün adekvat olaraq nə etmisiniz, göstərə bilərsinizmi?”, - deyə Melkonyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az