“Həmin “həll” daxili siyasi əsaslara malikdir və bu addımla orduda hərbi keşişlər institutu dağıdılıb” - Abrahamyan

2026/02/1770619284.jpg
Oxunub: 327     13:40     09 Fevral 2026    
“Həmin “həll” daxili siyasi əsaslara malikdir və bu addımla orduda hərbi keşişlər institutu dağıdılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi bildirir ki, hərbi keşişlər institutunun əvvəlki statusu orduda ikili tabelik problemi yaradırdı, həm orduya, həm də Üçmüədzin kilsəsinə tabeçilik mövcud idi və məhz buna görə bu yola əl atılıb.

“İlk növbədə qeyd edim ki, bu “həll” daxili siyasi əsaslara malikdir və həmin addımın nəticəsində orduda hərbi keşişlər institutu faktiki olaraq dağıdılıb. Bu qərardan sonra hərbi keşişlərin faktiki sayı təxminən 80-90 faiz azalıb.

İkinci olaraq, Papikyan ikili tabeliyin yolverilməzliyindən danışanda bilmək istərdim: bəs ordunun daxilində fəaliyyət göstərən və Müdafiə Nazirliyinə deyil, Milli Təhlükəsizlik Xidmətinə tabe olan hərbi əks-kəşfiyyat xidməti ilə bağlı nə gözlənilir?”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin