Erməni siyasi xadim: “Ermənistanda əmək bazarına hazır olan, lakin işi olmayan 1,2 milyon insan var”

2026/02/1770619242.jpg
Oxunub: 287     15:13     09 Fevral 2026    
“Ermənistanda əmək bazarına hazır olan, lakin işi olmayan 1,2 milyon insan var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Bizim Tərzimizlə” hərəkatının koordinatoru, erməni siyasi xadim Narek Karapetyan “Şant” televiziya kanalının efirində bildirib.

Onun sözlərinə görə, ölkənin aktiv inkişafı üçün yaxın 5 ildə 300 min yeni iş yeri yaradılmalıdır və bu, əsas prioritetdir.

“Ölkəmizdə, 3 milyon əhalisi olan bir dövlətdə 800 min qeydiyyatda olan işləyən var, 500 min təqaüdçümüz, 300-500 min şagird və tələbəmiz mövcuddur. Yəni Ermənistanda ya işləyən, ya da işləmək imkanına malik olmayan ümumilikdə 1,8 milyon insan var. Bununla yanaşı, əmək bazarına hazır olan, lakin işi olmayan 1,2 milyon insan da mövcuddur: evdar qadınlar, kənd yerlərində yaşayanlar. Onlar kənd təsərrüfatında çalışsalar da, sabit gəlirə malik deyillər.

Ölkəmizin aktiv inkişafı üçün mövcud 800 min qeydiyyatda olan işləyən vətəndaşa əlavə olaraq daha 300 min nəfər cəlb edilməlidir. Bu, yaxın 5 ildə əsas məqsəd olmalıdır ki, 1,1 milyon işləyən insan 500 min nəfərin pensiyasını təmin edə bilsin və vergilər hesabına şagirdlərin təhsil xərcləri ödənilsin”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin