Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Redaksiya Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dmitri Seleznyovun ötən ilin noyabrında ölkəyə girişinin qadağan edilməsi ilə bağlı cavabını alıb.
Cavabda qeyd olunur ki, jurnalist dövlət təhlükəsizliyi, konstitusiya quruluşu və ölkənin müdafiə qabiliyyəti, eləcə də Ermənistanın ictimai asayişi üçün təhlükə yaradır.
“WarGonzo” hesab edir ki, nəşrin xüsusi müxbirinin ölkəyə girişinə məhz 2020-ci ildə Qarabağa etdiyi səfər və həmin dövrdə baş verən hadisələri işıqlandırması səbəbindən qadağa qoyulub.
Alpər Mövludoğlu
Ordu.az