Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hakob Badalyan sosial şəbkə hesabında yazıb.
“Axı hər ikisi dövlətlərarası komissiyaların iş nizamnaməsidir. O halda niyə fərqli yanaşma tətbiq olunur? Ona görə ki, biri sərhəd, yəni ərazi məsələləri ilə bağlıdır, digəri isə yox? Bu, izah ola bilməz, çünki hər ikisi sadəcə komissiyaların iş nizamnaməsidir, artıq yox”, - deyə o qeyd edib.
Badalyan bildirib ki, üstəlik, Trampın Ermənistan ərazisi ilə bağlı yolu guya Ermənistan-ABŞ strateji tərəfdaşlığının nəticəsi, məhsulu kimi təqdim olunur.
“Bu halda niyə Ermənistan-Azərbaycan delimitasiya və demarkasiya komissiyasının iş nizamnaməsi tam ratifikasiyadan keçib (adətən ratifikasiya olunan sənədlə dövlət öhdəliyi müəyyən ediləndə tətbiq olunur), Ermənistan-ABŞ nizamnaməsi belə ratifikasiyaya çıxarılmır?”, - deyə Badalyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az