Ermənistanda hərbi qulluqçu yoldaşını təmizlik işləri görmədiyinə görə döyüb

2026/02/1770618425.jpg
Oxunub: 338     12:09     09 Fevral 2026    
Fevralın 6-da Qafan qarnizonunun hərbi prokurorluğunda kazarmada təmizlik işləri görməkdən imtina etdiyinə görə silahdaşını döymə faktı ilə bağlı cinayət işi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, iş erməni hakim Napoleon Ohanyana icraata verilib.

Bildirilib ki, eyni bölükdə qulluq edən, hərbi rütbəsinə görə ona tabe olan sürücü, sıravi H.H. ilə münasibətlər zamanı sıravi H.H.-yə qarşı zorakılıq tətbiq edilib, onun üz nahiyəsinə ayaqla zərbə endirilib, nəticədə sol altgöz qapağı və sol yanaq nahiyələrində sıyrıqlar şəklində sağlamlığa yüngül zərər əlamətləri daşımayan bədən xəsarətləri yetirilib.

B. T.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin 520-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Həmin maddə tabelikdə olan şəxsə qarşı zorakılıq tətbiq etməyi və ya zorakılıq tətbiq etməklə hədələməyi nəzərdə tutur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Döyülmə  


Bizi "telegram"da izləyin