Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Mən bunu necə görməmişəm? Biləydim ki, bu kafir buradadır, mən içəri girməzdim, demək kilsə də murdarlanıb. Kilsə əsrlər boyu bizim müqəddəs məkanımız, qoruyucumuz olub, bu gün isə bu kafir gəlib ki, kilsənin xəzinələrini də aparsın, doldursun dövlət büdcəsinə, versin polisə ki, onu qorusun. Nikolun varlığı mənə mane olur. Paşinyan hakimiyyətə gələndən etibarən elə ac olublar ki, indiyə qədər doymurlar. Onun qarnı nə qarnıdır ki, hələ də doymur?”, - deyə yaşlı erməni qadın bildirib.
Alpər Mövludoğlu
Ordu.az