Ordu.az xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” Partiyasının sədri Edmond Marukyan bildirib.
“Bu sahədə əməkdaşlıq məsələsi artıq əvvəllər imzalanmış memorandumda da yer almışdı. Eyni hal süni zəka sahəsinə də aiddir. Yəni Vensin səfərinin nəticəsində Ermənistan yeni heç nə əldə etmir.
Bəs Azərbaycan nə əldə edəcək? O, bizim yardımımız sayəsində hərbi əməkdaşlıq sahəsində əvvəllər tətbiq edilmiş sanksiyaların öhdəsindən gələcək”, - deyə o qeyd edib.
Marukyan vurğulayıb ki, həmçinin Vensin səfəri zamanı ABŞ İran məsələsində də İrəvan və Bakının mövqelərini dəqiqləşdirəcək.
“Uzunmüddətli perspektivdə Vaşinqtonun məqsədi regionda öz rəqibləri olan Rusiya və İranın təsirini zəiflətməkdir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az