ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub

2026/02/1770579962.jpg
Oxunub: 545     23:28     08 Fevral 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlamasında deyib.

Cey Di Vens fevralın 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər həyata keçirəcək.

Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.

Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Vens  


Bizi "telegram"da izləyin