Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Saat 23:10 radələrində Tevosyan küçəsindən Crvej istiqamətində hərəkət edən yolda “Mercedes” markalı minik avtomobili ilə İrəvan şəhər bələdiyyəsinin balansında olan, 7 nömrəli marşrut xəttinə xidmət göstərən “Zhongtong” markalı avtobus toqquşub.
Məlumata görə, qəza nəticəsində ilkin məlumatlara əsasən xəsarət alan olmayıb.
“Mercedes” avtomobilinin sürücüsü Ermənistan Müdafiə Nazirliyinin N hərbi hissəsində xidmət edir və rütbəsi polkovnik-leytenantdır.
Alpər Mövludoğlu
Ordu.az