Müqaviləli erməni hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanıb

2024/02/1707801950.jpg
Oxunub: 450     21:51     07 Fevral 2026    
Müqaviləli erməni hərbi qulluqçu Davit Manukyanın ölümü faktı ilə bağlı cinayət işi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisənin hallarının müəyyənləşdirilməsi istiqamətində ilkin istintaq aparılır.

Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, 2026-cı il fevralın 7-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən müqaviləli erməni hərbi qulluqçu Davit Armeni Manukyanın meyiti aşkar edilib. Hadisənin bütün hallarını tam şəkildə aydınlaşdırmaq məqsədilə araşdırma davam etdirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-qulluqçu  


Bizi "telegram"da izləyin