Gürcüstan hakimiyyəti 2025-ci ildə ölkədən Ermənistanın 26 vətəndaşını deportasiya edib

2026/02/17621-1770482980.jpg
Oxunub: 490     20:48     07 Fevral 2026    
Gürcüstan hakimiyyəti 2025-ci il ərzində ölkə ərazisindən ümumilikdə 1 311 xarici ölkə vətəndaşını deportasiya edib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, deportasiya olunanlar arasında ən çox Hindistan vətəndaşları yer alıb (269 nəfər). Onlardan sonra Türkiyə (176 nəfər) və İran (157 nəfər) vətəndaşları gəlir.

Qonşu ölkələrə gəlincə, ötən il Gürcüstandan Ermənistanın 26 və Rusiyanın 73 vətəndaşı deportasiya edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin