Ordu.az xəbər verir ki, bunu Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski Rusiya internet nəşri “Svobodnaya pressa”ya müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Rusiya Mərkəzi Asiyada və Cənubi Qafqazda möhkəmlənə bilməyib.
“Hazırda Venesuela ilə hansı əlaqəmiz var? Bəs Suriyadakı mövqelərimiz necədir? Onlar sadəcə yoxdur. Rusiyada qadağan edilmiş təşkilatın keçmiş rəhbəri Moskvaya gələrək Vladimir Vladimiroviçlə görüşür (söhbət Suriyanın müvəqqəti rəhbəri Əhməd əş-Şaraanın Putinlə görüşündən gedir-red.).
Bəs Əfqanıstandakı mövqelərimiz necədir? Hansı səbəbdənsə həmin rejimi tanımağımız və talibləri terrorçu kimi tanımaqdan imtina etməyimiz onların bu xüsusiyyətlərini itirməsi demək deyil. Məsələn, onlar az əvvəl Əfqanıstanda quldarlığı, qul statusunu tətbiq ediblər. Qadınlara qarşı qanunlardan isə ümumiyyətlə danışmıram.
Biz əlaqələrimiz və mövqelərimiz barədə mühakimə yürüdəndə, yumşaq desək, özümüzü aldadırıq, çünki onları qoruyub saxlamaq imkanımız yoxdur. Biz hətta Mərkəzi Asiyada və Cənubi Qafqazda belə möhkəmlənə bilmədik, Qazaxıstandakı mövqelərimiz isə virtual reallıqdır. Rusiya 350 il ərzində öz mövqelərini formalaşdırıb, indi isə bu 350 illik tarix zibilliyə atılıb. Biz isə Tehrana görə narahat olacağıq... Maraqlıdır, nəyə görə?”, - deyə Satanovski qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az