Ermənistanın sabiq Baş naziri: “ABŞ modul reaktoru barədə nağıl uydurub ki, biz AES-i bağlayaq”

2024/02/1707983629.jpg
Oxunub: 433     18:23     07 Fevral 2026    
“ABŞ modul reaktorla bağlı nağıl uydurub ki, biz atom elektrik stansiyamızı bağlayaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Birlikdə” hərəkatının təşkil etdiyi müzakirə zamanı ölkənin sabiq Baş naziri Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-nin fəaliyyət göstərən heç bir modul atom elektrik stansiyası yoxdur.

Baqratyan qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Vens Ermənistanda nə imzalasa da, Vaşinqton bunu həyata keçirməyəcək, çünki bu, onların maraqlarına uyğun deyil.

Baqratyan hesab edir ki, dünya ictimaiyyəti üçün Ermənistanın dəyəri azalacaq. O qeyd edib ki, eyni zamanda Rusiya üçün Ermənistanın əhəmiyyəti var, çünki onun mövcudluğu türk dünyasının birləşməsinə mane olur.

“Ermənistanın Avropa İttifaqı üçün nə dəyəri var? O, 10 ildən sonra “öləcək”. ABŞ üçün Azərbaycan və Türkiyə Ermənistanla müqayisədə 100 dəfə daha önəmlidir. Mövcud vəziyyət bizi Rusiya və İranla münasibətlərin inkişafı barədə düşünməyə məcbur edir. Dünyada resurslar uğrunda mübarizə gedir. Ermənistanın resursları 15 milyard dollar, Gürcüstanınkı 40 milyard dollar, Azərbaycanınkı isə 500 milyard dollar dəyərində qiymətləndirilir. 100 ildən sonra 8-12 milyardlıq əhali üçün həyati əhəmiyyət daşıyan resurslar çatışmayacaq və bu səbəbdən daimi müharibələr başlayacaq, milyardlarla insan həlak olacaq”, - deyə Baqratyan vurğulayıb.

O bildirib ki, Ermənistanda resurslarını birləşdirəcəkləri təqdirdə hakimiyyət dəyişikliyinə nail ola biləcək qüvvələr mövcuddur.

Sabiq erməni Baş nazirin qiymətləndirməsinə görə, xarici oyunçular belə bir qüvvəni dəstəkləyəcək və bu, Ermənistanın əhəmiyyətini artıracaq.

Baqratyan bildirib ki, müxalifət xalqa məhz hansı gücü seçməli olduğunu nümayiş etdirməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baqratyan   Ermənistan  


Bizi "telegram"da izləyin