Ordu.az xəbər verir ki, bu barədə “Rosatom”un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Rosatom”un rəhbəri Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətinin ikinci dəfə uzadılması istiqamətində görülən işlərin gedişi barədə danışıb. O, həmçinin Ermənistanda yeni atom enerji bloklarının tikintisi məsələsini vurğulayıb.
Qeyd edilir ki, “Rosatom” dövlət korporasiyası erməni tərəfdaşlara iri, orta və ya kiçik güclü atom stansiyalarının tikintisini, eləcə də qeyri-nüvə xarakterli layihələr də daxil olmaqla əlaqəli layihələrin həyata keçirilməsini nəzərdə tutan kompleks əməkdaşlıq təklif edir.
Alpər Mövludoğlu
Ordu.az